BAKİR FAHİŞƏ
Hey bizim şəhərin bakir fahşası
Hey dəniz dibində susuyan balıq
Hey dəli ərkəyin sol qabırğası
Hey ömür bağçası qızıl almalıq
içimi odlu bir cünun
Əriyib-əriyib içimə doldum
sən özün, özünün vurğunu oldun
mənsə özgəsinə yanıb kül oldum
Nə yaxşı kimsəni sevmədin heç vaxt
Ürəyin də bakir, ruhun da bakir
sevdikcə nifrətim artılır ancaq
artılır, artılır, qat-qat artılır
İyrənc kişilərin gövdəsi altda
özünü quyladın bir cəsəd kimi
Ömrünü sonduğun kişilər hətta
qaytarıb bir anın sənə verdimi?
Sənə toxundular bəzən də zorla
Qanını coşdurdu qəzəbli boğzun
Yumruğun açıldı bir qəpik pula
Issi bir öpüşlə yumuldu ağzın
Hələ aöıl dişin çıxmayıb sənin
Otuz dişinlə də gülürsən canım
Bir çəkim həşişin düşgünüsən sən
Əcələdən öncədən ölürsən canım
Gündəlik ləzzəti adətə döndü
hər gecə əyləncə, hər gecə bir seks
odlu nəfəslərlə, qan-tər içində
və quru torpaqda vəhşicə bir seks,
sənin tam yaşayış fəlsəfən oldu.
nə bilim ay adam, bəlkə haqlısan!
Heç nəyin üstündə dünya quruldu
Bəlkə heç nə üçün yaşayır insan!
Heç üzülmə gülüm hüç də utanma
Utansın yerinə kişilər sənin
Özünü sufranın artığı sanma
Bağımsız yaşamaq çətindir, çətin!
Özünü sevməkdə az gətirmədin
Təkcə Sənin suçin budur sadəcə
Hələ xatirinədə qalıbdır yəqin
Özünü aynada öpdüyün gecə
Qadın var ərinin gizli gözündən
Küçə fahşasına həsədlə baxır
Qadın var ərilə vitrin önündə
Kişi mankəninə şəhvətlə baxır
Pərdələr çəkili, pencərələr kip
Dayaz sevgilərin həvəsi qissa
Yataq yerlərində dal-dala yatıb
Taza gəlinlə bəy etinasızca
Baş alıb gedirəm bu gecə burdan
Fikir qovra çəkir əsəblərimə
Yetirməz məni heç sadəcə burdan,
Bir şüşə Viski də yataq yerimə...
Dayanıbdır saat “onbiryarım”da
Sankı kayinat da tutubdur aram
Qanım tərsə axır damarlarımda
Intihardan ağır bir durumdayam
Hava beton kimi ağır və donuq
Polislər yuxusun qahqahanla poz
Sıxılan güllədən biz ki qorxmuruq
Bu ağır havanı dəlib ötənməz
Saqın salma mənə qəlbinin erkin
Tökmə göz yaşını omuzlarıma
Məni qucaqlama ola bilər ki,
Ürəyim bomba tək açıla bilsin
Içəri gəl qorxma qapını kiplə
Sənə toxunmağa nə can var nə hır
Indi hətta mənə bir tikə iplə
Özümü asmaq da faydasız gəlir
Qurtuluş haçandı, de görüm haçan?
Nədən tükənməsin uşaq səbrimiz?
Allahla şeytanın üqdəsin açan,
Zor döyüşlərinin məhkumuyuq biz
Allahı şeytanla barışdır gülüm
Əmizdir şeytanı süd əmcəyindən
Mənim son umudum ölümdür ölüm
Yaşama ölümlə yanaşıram mən
Şeirlə heç zaman boşalmadım mən
Bəzən şeirlərim sıxır qəlbimi
Yazdığım şeirə baxıram hərdən
Ölü uşaq doğan bir qadın kimi
Tam paradoks olub düşüncələrim
Özümün özümə gülməyim gəlir
Neyləyim yaşama qalmayıb hırım
Bu gecə sadəcə ölməyim gəlir
Yeyib-qurtarıram özüm özümü
Saat əqrəbəsi biçir zamanı
Sürtün sumbatayla ağıl gözümü
Bəlkə aydın görəm bu boş dünyanı
Dünyanın havasın döşümə sordum
Sonuncu nəğməsin oğuyan quyam
Qapa gözlərimi hasta-hasta yum
Tanrıya indi bir nəfəs borcluyam
Hey bizim şəhərin bakir fahşası,
Hey dəli ərkəyin sağ qabırqası,
hey quru dəryanın duz qasırğası
hey...